Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TFF-dən Super Liqa ilə bağlı yekun qərar

Futbol üzrə Türkiyə Super Liqasının iyunun 12-də başlayacağı təsdiqlənib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası rəhbərliyinin bu gün keçirilən iclasında yekun qərar qəbul edilib.

Məlumata görə, 7 klubun cari mövsüm liqanı tərk etmək qaydasının ləğv edilməsi tələbi rədd edilib. Çempionatın daha öncə də təyin edilən vaxtda – iyunun 12-də başlayacağı açıqlanıb.

Federasiya Türkiyə Kubokunun da öncədən təyin edilən təqvimlə davam edəcəyini bildirib. Super Liqa iyunun 12-də, 27-ci turdan bərpa olunacaq.

Xatırladaq ki, Türkiyədə çempionatlar koronavirus pandemiyasına görə martdan bəri dayandırılıb.

29 2020 12:16 - İDMAN
İDMAN
8 İyul 2020 | 00:05
Yeni müqavilə
6 İyul 2020 | 22:42
20-ci dəfə qalib
6 İyul 2020 | 11:54
PSJ Neymara mane olmayacaq
4 İyul 2020 | 10:03
Zidan Messi haqqında

Köhnə versiyamızdan xəbərləri izlə