Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tallinndəki Azadlıq meydanı dövlət bayrağımızın rənglərinə boyandı

Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə paytaxt Tallinndəki Azadlıq meydanı (Vabaduse väljak) dövlət bayrağımızın rənglərinə boyandı.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Estoniyadakı Səfirliyinin təşəbbüsü və Tallinn şəhər Meriyasının dəstəyi ilə Azadlıq meydanının fənərləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Qeyd edək ki, ötən ildən etibarən Tallinn şəhərinin Azadlıq meydanının Respublika Günündə Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənəyə çevrilir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

29 2020 11:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə