Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb

Hər il Sankt-Peterburqda 28 May – Azərbaycanın Respublika Günü geniş qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu il koronavirus pandemiyası ilə əlaqədar ölkəmizin Rusiyanın şimal paytaxtındakı baş konsulluğu bayram tədbirini ləğv etməyə məcbur olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümündə baş konsul Sultan Qasımov və konsulluğun diplomatları görkəmli siyasi və dövlət xadimi, dahi lider Heydər Əliyevin şərəfinə Qoroxovoya küçəsi, ev 6 ünvanında qoyulan xatirə lövhəsinin qarşısına toplaşıblar.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin ali məktəbi o dövrdə bu binada yerləşirdi.

Diplomatlar müasir Azərbaycanın banisi Heydər Əliyevin və Şərqdə ilk demokratik respublikanın yaradıcılarının xatirəsini yad edib, xatirə lövhəsinin önünə güllər düzüblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

29 2020 11:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə