Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Premyer Liqanın bərpa tarixi rəsmən açıqlandı

Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan futbol üzrə İngiltərə Premyer Liqasının bərpa tarixi rəsmən müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən çempionat iyunun 17-də bərpa olunacaq. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə turnirin təxirə salınmış iki oyunla bərpa olunacağı diqqətə çatdırılıb. Söhbət “Aston Villa” – “Şeffild Yunayted” və “Mançester Siti” – “Arsenal” matçlarından gedir. Həmin həftənin sonunda, iyunun 20-dən etibarən isə 30-cu turun qarşılaşmaları keçirilməyə başlayacaq.

Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən etibarən dayandırılıb. Ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” zirvədə qərarlaşıb.

29 2020 11:18 - İDMAN
İDMAN
8 İyul 2020 | 00:05
Yeni müqavilə
6 İyul 2020 | 22:42
20-ci dəfə qalib
6 İyul 2020 | 11:54
PSJ Neymara mane olmayacaq

Köhnə versiyamızdan xəbərləri izlə