Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublika Günü Azərbaycanın Belçikadakı səfirliyində qeyd edilib

Mayın 28-də Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyinin binasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 102-ci ildönümü münasibətilə səfirlik əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə səfirlik adından ulu öndər Heydər Əliyevin büstü önünə çiçəklər qoyulub.

Daha sonra Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov çıxış edərək yaradılmasının 102-ci ildönümünü qeyd etdiyimiz AXC-nin milli tariximizdə tutduğu mühüm yerdən bəhs edərək, Azərbaycanın diplomatik xidmətinin təsis edilməsinin də məhz Cümhuriyyət dövrünə təsadüf etdiyini vurğulayıb və səfirliyin kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib.

Qeyd edək ki, 28 May - Respublika Gününə həsr olunan tədbirlər çərçivəsində səfirlik tərəfindən AXC-nin yaradılmasının 102-ci ildönümündə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə həmrəyliyini nümayiş etdirən xüsusi videoçarx hazırlanaraq səfirliyin rəsmi internet səhifəsi, o cümlədən rəsmi “Twitter” və “Facebook” kanalları üzərindən yayımlanıb, sözügedən videoçarx (https://www.youtube.com/watch?v=NPEgoHHEsqo&feature=youtu.be) izləyicilərin böyük marağına səbəb olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

29 2020 10:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə