Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tbilisidəki televiziya qülləsi və “Sülh korpusü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Mayın 28-də axşam saatlarında Tbilisinin ən hündür nöqtəsində, Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayının Gürcüstan paytaxtının mərkəzindən keçən hissəsində quraşdırılmış “Sülh korpusü” (şüşəli körpü) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan aksiya 28 May - Respublika Gününə həsr olunub.

Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

İşıqlandırma mayın 29-u səhər saatlarınadək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

29 2020 09:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə