Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 35,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 34,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 34,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 32,61 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel azdır.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

28 2020 19:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə