Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda bu il 36 milyon manatlıq mebel istehsal edilib

Azərbaycanda bu ilin yanvar-aprel ayları ərzində 35,8 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə,  bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalıb.

Rəsmi statistikaya əsasən, mebel və ev əşyalarının qiyməti aprel ayında 0,1 faiz azalıb, ötən ilin aprel ayı ilə müqayisədə isə 1,6 faiz artıb, bu ilin yanvar-aprel ayları üzrə orta qiymət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz yüksəlib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycana 24 893,39 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub. İdxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz azalıb.

V. BAYRAMOV,

“Xalq qəzeti”

28 2020 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə