Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan koronavirusdan bir gündə 15 ölüm

Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb. Erməni KİV-in məlumatına görə, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

28 2020 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə