Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqının qəlbində əbədi yaşayan şair

“Aşiqəm insana və təbiətə,

Əlim qələm tutub yazandan bəri...
 

Bu gün Azərbaycanın ilk Xalq şairi, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından, xalqına, vətəninə qırılmaz tellərlə bağlı olan dahi şairimiz Səməd Vurğunun anım günüdür. Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan, xalqını, vətənini, doğma torpağını dərin məhəbbətlə sevən və onun hər bir qarışını əsərlərində sevgi ilə vəsf edən dahi şairin yaradıcılığı ədəbiyyatımızın qiymətli inciləridir. Şair doğma ana dilində yaratdığı poemaları, şeirləri ilə poeziyamızı zənginləşdirmiş, əsərlərində doğma diyarının əsrarəngiz təbiətini, onun gözəlliklərini, nemətlərini tərənnüm etmiş, sadə xalq dilinin şirinliyini qoruyaraq qüdrətli sənət nümunələri yaratmışdır. 
Dahi şairimiz xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır!”

Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri böyük şairimiz, şeirləri dillər əzbəri olan Səməd Vurğunun anım günündə feysbuk səhifəsindəki paylaşımında bildirib. Böyük şairimizə Allahdan rəhmət diləyirik.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

28 2020 15:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə