Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib

Mayın 27-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirib.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Tədbiri İrəvan Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev açaraq iştirakçıları Respublika Günü münasibətilə təbrik edib. Xalqımızın şərəfli tarixindən danışan İ.Piriyev deyib: “Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik dövlət qurması ilə fəxr edə bilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ölkəmizin çoxəsrlik ictimai-siyasi və mədəni inkişafının, milli oyanış və dirçəliş proseslərinin həyata keçirilməsi zərurətindən yaranan tarixi hadisə idi. Cümhuriyyət qurulduğu ilk gündən irqindən, dinindən, millətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına eyni hüquqlar verilməsini təmin etdi. Cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, elm, təhsil və mədəniyyət sahələrində sürətli irəliləyişə əlverişli imkan yaratdı.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran prioritet vəzifələrdən biri ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi olmuşdu. Sərhədlərin qorunmasının təmin edilməsi üçün qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları təşkil edildi, elmin, təhsilin və mədəniyyətin inkişafı diqqət mərkəzində saxlanıldı. Azərbaycanın ilk universiteti təsis olundu, milli maraqların yüksəlişi, adət-ənənələrin qorunub saxlanılması üçün zəmin hazırlayan müstəsna əhəmiyyətli işlər görüldü. Görülən bütün bu işlər müasir mərhələdə də müstəqil dövlətçiliyimizin uğurla inkişaf etdirilməsi istiqamətində əhəmiyyətini qorumaqdadır.

Cümhuriyyət zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri Ulu Öndərimizin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirildi və 20-ci əsrin sonlarında ölkəmiz beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapdı. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Müstəqilliyimiz getdikcə möhkəmləndirildi və əbədiyyətə çevrildi.

Ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində dünyanın inkişaf etmiş dövlətləri sırasında yer alıb. Dədə-babalarımızın tikib-yaratdığı və bugünkü nəslə ötürdüyü, bugünkü nəslin də onların ruhu qarşısında fərəhlə, üzağlığı ilə qoruyub saxladığı və yenidən qurub-yaratdığı, xalqımızın qürur mənbəyinə çevrilən müstəqil Vətənimizdir”

Videokonfransda aktyorlar vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

27 2020 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə