Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada sabiq nazir koronavirusdan ölüb

Rusiyanın ilk Energetika naziri Vladimir Lopuxin 68 yaşında yeni növ koronavirusdan (COVID-19) ölüb. Bu barədə onun dostu, yazıçı Denis Draqunski feysbukda yazıb.

V. Lopuxin Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin prezidentliyi dövründə - 1991-92-ci illərdə ilk hökumətin tərkibində Rusiyanın Energetika və Yanacaq naziri vəzifəsini icra edib. O, istefa verdikdən sonra bank və kommersiya təşkilatlarında aparıcı vəzifələrdə çalışıb.

Qeyd edək ki, Rusiyada 362 342 nəfər koronavirusa yoluxub, onlardan 3807 nəfəri ölüb, 131 129  nəfər isə sağalıb.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

27 2020 21:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə