Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti həbs oluna bilər

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan axtarışa verilib.

Komanda.az xəbər verir ki, bu barədə Ayrapetyanın vəkili Amran Makinyan “facebook” səhifəsində məlumat yayıb. Makinyan, Ayrapetyanın yerinin məlum olmasına baxmayaraq, Ermənistan İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlər üzrə İstintaq İdarəsinin müstəntiqinin mayın 26-da Ayrapetyanın adının axtarılanlar siyahısına salınmasıyla bağlı qərar verdiyini bildirib.

Makinyan, bundan başqa, Ayrapetyanın Ermənistana qayıtması üçün həllolunmaz əngəllərin olduğunu və bu barədə müstəntiqə məlumat verdiyini də deyib. Vəkil, Ayrapetyanın martdan xaricdə müalicə aldığını bildirib.

Artıq Ayrapetyan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə ərizə təqdim edilib.

2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasına rəhbərlik edən Ayrapetyan, özbaşınalıq, qəsdən və qanunsuz azadlıqdan məhrum etmə, qəsb və insan sağlamlığına zərər vurmaqda ittiham olunur. 

27 2020 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə