Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcər: məktəb direktorları ilə videokonfrans keçirilib

Yeni növ koronavirus infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonda fəaliyyət göstərən 109 ümumtəhsil məktəb direktorları ilə videokonfrans keçirib.

Videokonfrans  vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may 2020-ci il tarixli Qərarına riayət olunması və  məktəblərin yerləşdiyi ərazilərdə əməli tədbirlərin görülməsi  ilə bağlı tapşırıqlar verilib. Videokonfransda eyni zamanda 2019-2020-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılıb. Rayon rəhbəri məktəblərdə şagirdlərin mükəmməl təhsili ilə yanaşı, onların sosial və mənəvi inkişafı haqqında da danışaraq öz tapşırıq və tövsiyələrini verib.

Videokonfransda həmçinin təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların sosial həyata hazırlanmasının da vacibliyi vurğulanıb.

Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

27 2020 13:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə