Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüzlərlə insanı xəstəlikdən xilas edən eliksir

Bu reseptin min illərlə yaşı var. Şərqdə və Avropada indiki kimi yoluxucu xəstəliklər zamanı insanları qorumaq üçün antibiotikin olmadığı vaxtda təbiblərin köməyinə çatırdı. Bu vaxta kimi əhəmiyyətini itirməyən çox güclü antivirus, antibakterial təsirli qarışım qan və limfa dövranını tənzimləyib, yad bakteriyaları öldürür.

Hazırlanan eliksir, həmçinin bütün bədəndə qan dövranını aktivləşdirir, qanı sağlamlaşdırır. Reseptin tərkibində olan məhsulların, xüsusilə sirkənin təbii, evdə hazırlanma olması vacibdir. 7 yaşından 77 yaşına kimi hər kəsin sağlamlıq eliksiri ola bilər. Resepri təqdim edirik:

Qan və limfa sistemini təmizləyən bu “dərmanı” hazırlamaq üçün alma sirkəsi-- 500 milliqram, sarımsaq-- 5 diş, soğan-- 1 ədəd, qırmızı çili bibəri-- 1 ədəd,  zəncəfil-- 50 qram, xren-- 30 qram, sarıkök 1 xörək qaşığı götürülür.

Soğan  və sarımsaq xırda-xırda  doğranır. Zəncəfil və xren sürtgəcdən keçirilir. Acı bibər bir neçə yerə bölünür, sarıkök də əlavə edilib bankaya yığılır və üstünə sirkə tökülür. Yaxşı-yaxşı qarışdırılır və bankanın qapağı kip bağlanır. Soyuq və qaranlıq yerdə saxlanır.  

Banka hər gün çalxalanır, 14 gün sonra tənzifdən süzülür. –Yenidən bankaya yığılır və  hər gün 1 xörək qaşığı içilir. Banka içindəki məhlul qurtarana qədər sərin yerdə saxlanır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

27 2020 13:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə