Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ülviyyə Agayeva: Azərbaycan hökuməti məcburi köçkünlərin problemlərinin həlli üçün əlindən gələni edir

Dünən ATƏT PA-nın “Pandemiya zamanı qaçqın və miqrantların qorunması” mövzusunda onlayn iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn iclasda çıxış edən Milli Məclisin deputatı Ülviyyə Ağayeva bugünkü mövzunun çox vacib və həssas bir məsələyə həsr olduğunu bildirib. O deyib ki, dünyada qaçqınlar, miqrantlar və digər həssas qruplar hələ də risk altındadır. Hazırkı virus izdihamlı düşərgələrdə və sıx məskunlaşmış şəhər yerlərində yaşayan on milyonlarla qaçqın və məcburi köçkünün həyatını təhdid edir. “Qaçqınların, miqrantların, sığınacaq axtaranların və mühacirlərin qidaya, suya, sanitariya və səhiyyə xidmətlərinə lazımi şəkildə çıxışlarının olmasından əmin olmalıyıq, əks halda kəskin sərt mühit xəstəliklərin asanlıqla ötürülməsinə və bununla da o insanların sağlamlıqlarına təhdid altında olmasına gətirib çıxara bilər. Üstəlik, miqrantlar, qaçqınlar və məcburi köçkünlər tez, dəqiq və balanslı məlumat əldə etməkdə əngəllərlə üzləşirlər. COVID-19 nəticəsində miqrantlara və ya qaçqınlara qarşı nifrət nitqi, ləkələmə, ayrıseçkilik və ksenofobiya artmaqda davam edir. Onlardan bəziləri virusun yayılmasının davam etdirilməsində saxta ittiham olunanlar arasındadır. Bu hal isə öz növbəsində narahatlıq yaradır və vəziyyətin daha da pisləşə biləcəyi şübhə doğurmur”.

Onun sözlərinə görə, hökumətlər bu mürəkkəb problemə daha da məntiqli yanaşmalı və hər kəsin hüquqlarını və sağlamlığını qorumaq üçün əllərindən gələni etməlidirlər.

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin üzləşdiyi çətinliklər barədə məlumat verən Milli Məclisin deputatı diqqətə çatdırıb ki, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində ölkə əhalisinin 1 milyon 200 mini qaçqın və məcburi köçkündür. Azərbaycan hökuməti hər il məcburi köçkünlərin müxtəlif problemlərinin həlli üçün əlindən gələni edir. Amma bu insanlar öz doğma torpaqlarından didərgin düşmüşlər. Ona görə də, münaqişənin dinc yolla həlli, bütün işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması həmin insanların hüquqlarının tam bərpası olardı.

O əminliklə vurğulayıb ki, hökumətlər və beynəlxalq təşkilatlar öz diqqət və resurslarını pandemiya ilə mübarizəyə yönəldəcək və BMT-nin başlatdığı humanitar yardım planlarını dəstəkləməyə davam edəcəklər.

27 2020 10:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə