Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda pandemiyadan sonra turizmin bərpası mərhələli şəkildə həyata keçiriləcək

Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata keçiriləcək.

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları” mövzusunda keçirilən onlayn müzakirədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

Sektor müdiri hazırda əsas prioritetin daxili turizmin inkişafı olduğunu və bu istiqamətdə xüsusi kampaniyaların keçiriləcəyini bildirib. Kənan Quluzadə satışa istiqamətlənən marketinqin daha çox məlumatlılığın saxlanmasına yönəldiyini, eyni zamanda, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin ön plana çəkildiyini vurğulayıb.

Pandemiyadan öncə üzərində işlənilən turizm layihələrinin davam etdirildiyini deyən Azərbaycan Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov hazırda bu istiqamətdə təkmilləşdirmə prosesinin həyata keçirildiyini bildirib.

O, “Macəra yaxındadır” platformasında artıq turizm şirkətləri və hotellər üçün qeydiyyatın açıq olduğunu, ölkə vətəndaşlarının istirahəti üçün digər turizm fəaliyyət növlərinin də yerləşdiriləcəyini qeyd edib.

İlkin Cavadov səfərlər təxirə salındığı üçün xarici bazarlarla işlərin elektron platformalar vasitəsilə davam etdirildiyini də diqqətə çatdırıb. O, sərhədlər açılandan sonra əsas üstünlüyün qonşu ölkələrə veriləcəyini, daha sonrakı mərhələdə isə digər xarici ölkələrə istiqamət götürüləcəyini bildirb.

Azərbyacan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev yay mövsümündə vətəndaşlara münasib qiymətlərə turizm xidmətlərinin göstərilməsi üçün müxtəlif istiqamətlərdə yerləşən hotellər və turizm mərkəzləri ilə görüşlərin keçirildiyini, eyni zamanda əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün təkliflər üzərində işlər aparıldığını qeyd edib.

V.BAYRAMOV,

“Xalq qəzeti”

26 2020 21:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə