Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Bu müddət iyunun 1-dən iyulun 1-dək uzadılıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

26 2020 20:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə