Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya İnkişaf Bankı Azərbaycana maliyyə yardımı ayırıb

Avstriya İnkişaf Bankı (OeEB) Qara Dəniz Ticarət və İnkişaf Bankına (BSTDB) 30 milyon avro ayırıb.

Bu barədə QDTİB-in internet saytında məlumat yerləşdirilib. Bildirilib ki, ayrılan vəsait bir sıra ölkələrlə bərabər,   Azərbaycanda da sənaye, kənd təsərrüfatı və xidmət sektorunda özəl sektor layihələrinin və sərmaye proqramlarının maliyyələşdirilməsinə, həmçinin dövriyyə kapitalı və ixracın maliyyələşdirilməsinə sərf ediləcək.

“Maliyyə vəsaitindən əsas faydalananlar “COVID-19” pandemiyasının təsirindən ən çox təsirlənən və QDTİB tərəfindən prioritet sayılan kiçik və orta sahibkarlıq subyektləri (KOB) olacaq”, -deyə məlumatda qeyd olunub. Bildirilib ki, ayrılan vəsait üzv ölkələrin hökumətləri tərəfindən pandemiyadan sonrakı iqtisadi fəaliyyəti bərpa etməyə yönəlmiş tədbirlərə QDTİB-in töhvə verməsi üçün irəli sürdüyü təşəbbüslərini maliyyələşdirilməsinə əlavə resruslar təmin edəcək.

V.BAYRAMOV,

“Xalq qəzeti”

26 2020 20:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə