Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Qarabağ müharibəsi əlilləri və qazilərini təbrik etmək borcumuzdur

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə  SOCAR şirkəti tərəfindən ön cəbhə rayonu olan Tovuzda 150-dən artıq Qarabağ müharibəsi əlili və veteranına Ramazan bayramı münasibətilə bayram sovqatı təqdim edilib. Bu ailələrə bayram sovqatı ilə yanaşı deputat Q. Paşayeva tərəfindən koronavirusla mübarizə istiqamətində gigiyenik- qoruyucu vasitələr də hədiyyə edilib və COVİD-19 virusu ilə mübarizədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrə dair maarifləndirici məlumatlar da verilib.

“Cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına qarşı diqqət və qayğısı hər birimizə böyük örnəkdir”-- deyən Qənirə Paşayeva “Ramazan bayramında Qarabağ müharibəsi əlillərini, qazilərimizi təbrik etmək bizim borcumuzdur”-- deyib, onlara Allahdan bütün arzularına çatmalarını diləyib. Cənab Prezidentimizin şəhid ailələri, Qarabağ müharibəsi əlil və qazilərinin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan deputat “hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanındayıq”-- deyib. 
Q.Paşayeva eyni zamanda “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Tovuz rayon şöbəsinin və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyevlə və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyevlə görüşüb, Ramazan bayramlarını təbrik edib. İctimai birliklərin qayğıları ilə maraqlanan deputat onlara işlərində uğurlar diləyib və hər zaman yanınızdayıq deyib.
Deputat Tovuza səfəri zamanı həmçinin rayon məscidini də ziyarət edib, Qafqaz Müsəlmanları İdarəsinin Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tovuz rayonu Dini İcmasının sədri Nəriman İbayev ilə görüşüb və Ramazan bayramı münasibətilə təbrik edib. Gənclərimizin dinimizi doğru şəkildə öyrənməsi, din pərdəsi arxasında öz niyyətlərini həyata keçirmək istəyən xarici güclərin təsir dairəsinə düşməməsi, dini maarifləndirmənin gənclərimiz arasında vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva tərəfindən rayon məscidinə bir çox kitablar, materiallar hədiyyə edilib və bəzi aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə sovqat təqdim edilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 2020 20:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə