Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artistinə təbrik ünvanlanıb

Milli Məclisin  Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Novruzov ilə görüşüb. Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından dəyərli aktyorumuz R.Novruzovu yubileyi münasibətilə təbrik edib.

Görüş zamanı, həmçinin teatr və kino sənəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Komitə sədri Q.Paşayeva dəyərli Xalq artistimizə bundan sonrakı yaradıcılığında da böyük uğurlar diləyib.

Azərbaycan Respublikasının xalq artisti, dəyərli aktyorumuz Ramiz Novruzova təbrik məktubunda qeyd olunur:

 “Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzova Hörmətli Ramiz müəllim! Siz Azərbaycan teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan dəyərli sənətkarımızsınız. Sizin həyat verdiyiniz unudulmaz obrazlar mədəniyyətimizə bəxş etdiyiniz dəyərli töhfə kimi xalqımız tərəfindən hər zaman sevgi və rəğbətlə qarşılanmışdır. Sizi doğum gününüz münasibətilə Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, firavanlıq, səadət arzulayır və mədəniyyətimizin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.”

Hörmətlə: Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

P.S. Xalq artistimizi biz də təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır, kino və teatr səhnəsində yeni rollarını gözləyirik.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 2020 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə