Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriyada COVID-19 məhdudiyyətlərinin bir qismi ləğv ediləcək

Mayın 29-da Avstriyada COVID-19 məhdudiyyətlərinin yumşaldılmasının dördüncü mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, dördüncü mərhələdə ölkədəki bütün otellər fəaliyyətlərini yenidən bərpa edəcək, çimərlik və üzgüçülük hovuzları açılacaq, eləcə də asudə vaxtın təşkili üçün nəzərdə tutulan əyləncə mərkəz və parkları yenidən işə başlayacaq. Həmçinin həmin tarixdən etibarən ölkədə iştirakçı sayı 100 nəfərdən artıq olmayan mədəni-kütləvi tədbirlərin keçirilməsinə də icazə veriləcək. Eyni zamanda həvəskar idmançılar qapalı məkanlarda (fitnes mərkəzləri) fərdi məşqlərə başlaya biləcəklər.

Avstriya Federal Səhiyyə Nazirliyindən bildirilib ki, iki həftəlik interval prinsipi əsasında həyata keçirilən yumşaldılma ölkədəki epidemoloji vəziyyətin müsbəti inkişafı əsasında baş tutur. Hazırda ölkədə aktiv COVID-19 xəstələrinin sayı 760 nəfərə düşüb və bu da məhdudiyyətlərin aradan qaldırılması üçün növbəti mərhələyə başlamağa imkan verir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

26 2020 13:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə