Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alternativ enerjinin alternativi yoxdur

Yəqin ki, hamı şimala doğru yollananda Xızı rayonuna girişdə, təpələr üzərində nəhəng qurğuları görüb. Onlar 2018-ci ilin oktyabrında istifadəyə verilmiş "Yeni Yaşma" Külək Enerjisi Parkıdır. Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisində yerləşən parkın gücü 50 MVt-dır. Almaniyanın "Berlin Wind" şirkətinin rekonstruksiya etdiyi 20 külək turbini ayda təxminən 9 milyon kVt/saat elektroenerji istehsal edir. Bunun nəticəsində ölkədəki ümumi elektroenerji istehsalında alternativ enerjinin payı 0,7 faizdən 1,8 faizədək yüksəlib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı iqtisad elmləri doktoru professor Rüfət Quliyev Day.az-a müsahibəsində deyib.

Hazırda Xızıdakı külək enerjisi parkı Cənubi Qafqazda ən böyük parkdır. Və bu, son hədd deyil. Azərbaycan bundan sonra da alternativ energetikanın inkişaf etdirmək, ölkədəki elektroenerji istehsalında bərpa olunan mənbələrin payını artırmaq niyyətindədir.

Bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji Təhlükəsizliyi" mövzusunda dəyirmi masada çıxış edərkən Prezident İlham Əliyev vurğulamışdı ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinə böyük diqqət ayrılır. Dövlət başçısının sözlərinə görə, planda 2030-cu ilədək elektroenergetikada bərpa olunan enerjinin payını 30 faizə çatdırmaq var.

Bu ilin yanvarında ölkəmiz bərpa olunan enerji sahəsində ixtisaslaşmış aparıcı şirkətlərlə külək və Günəş enerjisi əsasınla işləyəcək 440 meqavatt gücündə stansiyaların inşasını nəzərdə tutan iki müqavilə imzalayıb. Dövlət başçısı qeyd edib ki, bu işlər bütünlüklə xarici investisiyalar hesabına həyata keçiriləcək. Sözügedən sahə ilə bağlı Azərbaycan ən azı 5 təklif alıb.

"Alternativ energetikanın rolundan danışırıqsa, taftologiyaya görə üzr istəyirəm, onun alternativi yoxdur. Neft-qaz dövrünün koronavirus pandemiyasının daha da sürətləndirdiyi qürubu dönəmində yaşayırıq. Lakin Prezident İlham Əliyev bu prosesləri çox əvvəl gördüyündən Azərbaycanın iqtisadi siyasətində artıq illərdir ki, qeyri-neft sektorunun və alternativ energetikanın inkişafına ciddi diqqət verilir", - Day.Az əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru, professor Rüfət Quliyev deyib.

26 2020 13:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə