Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşada koronavirusa görə maska taxmaq məcburiyyəti aradan qaldırıla bilər

Polşada koronavirusa qarşı maska taxmaq məcburiyyəti aradan qaldırıla bilər.

AZƏRTAC xəbər verir ki, bunu Polşanın Səhiyyə naziri Lukaş Şumovski mayın 25-də mətbuata verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, ölkənin üç vilayətində gündəlik yoluxma əmsalı ortalama 1-dən də aşağıdır və maska taxma məcburiyyəti artıq yoxdur.

Nazir əlavə edib ki, bu müsbət tendensiya davam edərsə toy və digər böyük yığıncaqların keçirilməsinə də icazə verilə bilər.

Polşada koronavirusa yoluxma sayı 21 min 440 nəfərdir. Son bir sutkada isə yeni yoluxma halı qeydə alınmayıb. Ümumi ölüm sayı isə 996 nəfər təşkil edir.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

26 2020 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə