Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək - 9") uğurla Beynəlxalq Kosmik Stansiyasına birləşib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) xəbər yayıb.
ABŞ seqmenti olan "Harmony" modulu ilə 12 tonluq kosmik yük gəmisinin birləşmə əməliyyatı ABŞ-ın Şərq Sahili vaxtı ilə səhər saat 10:46-da baş tutub. NASA-nın uçuşların idarəsi mərkəzi əməliyyatın uğurlu olduğunu təsdiqləyib.
"Kounotori-9" stansiyaya təxminən 4 ton yük, o cümlədən qida məhsulları, onlarla elmi tədqiqat üçün avadanlıq və materiallar və altı yeni güclü litium-ion batareyaları çatdırıb.

26 2020 09:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə