Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kanadanın General-Qubernatoru Jüli Peyetdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə bütün kanadalılar adından Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm.

Bu əlamətdar gün bizə beynəlxalq əməkdaşlığımızı, təhsil mübadiləsi və ticarət sahələrində əlaqələrimizi, eləcə də qadınların səlahiyyətlərinin artırılması, demokratiya və qanunun aliliyi kimi prinsiplərə birgə sadiqliyimizi qeyd etmək imkanı verir. Fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan xalqlararası əlaqələrimiz ikitərəfli əməkdaşlığımızın möhkəm təməlini təşkil edir və bizim çoxşaxəli cəmiyyətimizə və firavanlığa öz töhfəsini verməkdədir.

Bununla yanaşı, Kanada Azərbaycanın ətraf mühitin idarə olunmasının yaxşılaşdırılması və iqlim dəyişikliyinin yumşaldılması istiqamətində davamlı səylərini dəstəkləyir.

Bizim hər birimizin üzləşdiyi COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, Kanada Azərbaycan xalqı ilə birgə ölkənizin müstəqilliyinin və ümidverici gələcəyinin qeyd olunmasına qoşulur.

Səmimiyyətlə,

 

Jüli Peyet

Kanadanın General-Qubernatoru

25 2020 22:25 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə