Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə: Aqrar universitetdə bayram sovqatı paylanıb

Azərbaycan Dövlət Aqrar Universiteti rəhbərliyinin təşəbbüsü, universitetin Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi və təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə bu ali məktəbin bir sıra imkansız əməkdaşlarına bayram sovqatı paylanıb. 

Bayram sovqatı bağlamalarına universitetin tədris- təcrübə təsərrüfatından süd, yumurta, istixana kompleksindən pomidor, badımcan, bibər və digər məhsullar qoyulub. Bundan başqa gündəlik ərzaq məhsulları da bu  sovqata əlavə edilib.         
Xatırladaq ki, Koronavirus (COVİD-19) pandemiyasının yayıldığı və karantin elan edilən gündən etibarən universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi ehtiyacı olan 230-dan çox əməkdaşına vaxtaşırı olaraq ərzaq yardımı, eləcə də maddi köməklik göstərirlər.

Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

 

25 2020 19:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə