Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə vətəndaşların videoqəbulu keçirilib

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti də vaxtaşırı olaraq vətəndaşların qəbulunu təşkil edir, onların təklif və müraciətləri dinləyir, müvafiq tədbirlər görür.

Məlum olduğu kimi dünyanın əksər ölkələrində qeydə alınmış koronavirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı, açıq qəbullar da təxirə salınıb. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu onlayn formatda həyata keçirilir.   
Növbəti belə görüşdə rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşların problemlərinin, təkliflərinin aidiyyəti üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün lazımi göstərişlər verib. Eyni zamanda sakinlərə özlərini qorumaq, maska və əlcəklərdən istifadə etmək, məsafə saxlamaq, şəxsi gigiyena qaydalarına əməl etmək tövsiyə olunub.
Qəbulda rayon sakinləri belə çətin vaxtda vətəndaşların müraciətlərinin dinlənilməsinin yeni formatda təşkilinə - elektron videoqəbulun tətbiqinə görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

 

25 2020 19:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə