Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda iqtisadi canlanma nə vaxt başlayacaq?

Koronavirus pandemiyası və bütün dünyada tətbiq edilən məhdudlaşdırıcı tədbirlər iqtisadi prosesləri faktiki olaraq dayandırıb. İstehsal, satış, xidmət fəaliyyəti göstərən təşkilatların əksəriyyəti fəaliyyətini dayandırıb, alıcı aktivliyi kəskin azalıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xatırladır ki, yanvar-aprel aylarında ölkədə iqtisadi artım cəmi 0,2 faiz olub, bu göstəricinin daha da azalacağı və mənfiyə keçəcəyi gözlənilir. Ayrıca götürülən aprel aynıda isə kəskin – 28 faiz iqtisadi geriləmə olub. Məhdudlaşdırma tədbirlərinin bir qədər yumşaldılması bəzi sahələrə  - satış, restoran-kafe, nəqliyyat və sair – müsbət təsir etsə də, mütəxəssislər bunun qənaətbəxş olmadığını deyir.

Hələlik problemlərin nə vaxtadək davam edəcəyi və iqtisadiyyatın nə vaxt tam bərpa olunacağı məlum deyil.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn bildirib ki, iqtisadi nəzəriyyələrinə əsasən iqtisadi inkişaf qanunauyğunluqları 4 fazadan keçir: resessiya, iqtisadi dib, genişlənmə və pik: “Burada əsas məsələ ondan ibarətdir ki, istənilən iqtisadi quruluş öz inkişaf mərhələsində mütləq bu dörd fazadan birində fəaliyyət göstərir. Hazırda qlobal iqtisadiyyat resessiya fazasına qədəm qoyub. Qlobal iqtisadiyyatın bərpası isə əsasən iki məsələdən asılı olacaq. Bunlarda birincisi cari ilin payızda koronavirus pandemiyasının ikinci dalğasının baş verib-verməməsi, ikinci isə bu virusa qarşı peyvəndin tapılıb-tapılmaması ilə bağlıdır. Peyvənd nə qədər tez tapılarsa, bu, qlobal iqtisadiyyatın bərpasına bir o qədər müsbət təsir göstərər. Hazırda qlobal iqtisadiyyatın 2021-ci ilin ikinci yarısından etibarən bərpa olunacağı ilə bağlı proqnozlar var”.

Azərbaycana gəldikdə isə mütəxəssis bildirib ki, bu ilin 4 ay ərzində ÜDM-də 0,2 faizlik artım qeydə alınıb: “İndiki şəraitdə ölkəmizdə pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizənin iki mərhələdə olacağını deyə bilərik. Belə ki, hazırda böhranın dərinləşməsinin qarşısı alınır. Məhz “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən Tədbirlər Planını da buna xidmət edir. Bu tədbirlər planı həm də iqtisadiyyatın bərpası ilə bağlı tədbirləri özündə ehtiva edir. İqtisadiyyatın bərpası üçün aşağı vergi dərəcələri, ucuz maliyyə və tələbi yaradan bazarlara çıxış vacibdir”.

V.BAYRAMOV,

“Xalq qəzeti”

25 2020 18:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə