Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, mayın 19-na nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 27 min 655 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 109 min 52 fərdi (mikro) sahibkar, cəmi 136 min 707 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 min 561 işçini əhatə edən 27 min 655 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,05 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,02 milyon manat təşkil edir. Mayın 19-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 min 827 vergiödəyicisinə 200 min 40 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 70,29 milyon manat, o cümlədən 2-ci ay üzrə (50 faiz) 25 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

V.BAYRAMOV,

“Xalq qəzeti”

25 2020 17:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə