Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya fövqəladə vəziyyət rejimini ləğv edib

Yaponiya hökuməti mayın 25-dən yeni növ koronavirusla (COVİD-19) bağlı ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin ləğv olunması barədə qərar qəbul edib. Bu barədə bu gün Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Hazırda fövqəladə vəziyyət rejimi paytaxt Tokio da daxil olmaqla, 5 vilayətdə qalır.

Hökumət xüsusi ekspert komissiyasının rəyinə əsasən belə bir qərar qəbul edib. Bundan əvvəl komissiyanın rəyi ilə ölkənin digər vilayətlərində fövqəladə vəziyyət rejimi ləğv olunmuşdu. Hökumətin son qərarı ilə paytaxt Tokio, paytaxtla qonşuluqda yerləşən Kanaqava, Saytama və Tiba vilayətlərində, o cümlədən ölkənin şimalındakı Hokkaydoda fövqəladə vəziyyət rejimi ləğv olunur.

Bununla da apreldən ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi tamamilə ləğv olunur.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

25 2020 17:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə