Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yunanlar türk yaxtasına atəş açıb

Yunanıstan Sahil Mühafizə Xidmətinə məxsus katerlərin Türkiyə ərazi sularında bir yaxtaya atəş açdıqları məlum olub. Türkiyə mətbuatı xəbər verir ki, yaxtanın kapitanı Fərhad Koray Datça limanında Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşlarına bununla bağlı şikayət edib.

Məlumata görə, cümə axşamı günü Aydın sahillərindən çıxaraq Muğlaya tərəf üzən Türkiyə yaxtasına müdaxilə edib:

“Əvvəlcə havaya xəbərdarlıq atəşi açaraq bizi Yunanıstan ərazi sularına girməyə məcbur etdilər. Amma biz Türkiyənin ərazi sularında üzürdük. Daha sonra səhər saatlarında bizə tərəf yaxınlaşan Yunanıstan sahil mühafizəçiləri tərəfindən ikinci dəfə atəşə məruz qaldıq”, - kapitan bildirib.

Türükiyənin Milli Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlamasında Yunannıstan tərəfinin addımlarına sərt münasibət göstərib: “Yaxşı qonşuluq münasibətləri məsələsində bütün səylərimizə, səbrimizə baxmayaraq, Egeydəki hərəkətlərinin izahı mümkün deyil”, - Akar bildirib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

25 2020 17:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə