Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan postpandemiya dövründə biznesin inkişafını daha çox dəstəkləyəcək siyasət həyata keçirən ölkələrdən olacaq

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiya dövründə Prezident İlham Əliyevlə dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri arasında təşkil olunan videokonfrans bu şirkətlərin Azərbaycana marağını nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Ölkəmizdə həyata keçirilən islahatların yalnız beynəlxalq qurumlar deyil, eyni zamanda, aparıcı şirkətlər tərəfindən də qiymətləndirildiyini deyən deputat qeyd edib ki, dünyanın əksər ölkələrində fəaliyyət göstərən "Signify" şirkəti yeni texnologiyaların tətbiqi sahəsində öndə olan şirkətlərdəndir. Bu şirkətin ölkəmizdə aparılan islahatlara, xüsusən də dövlətimizin başçısının rəhbərliyi və siyasi iradəsi ilə görülən işlərə, pandemiya dövründə koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə münasibəti ondan xəbər verir ki, Azərbaycan praktik olaraq regionda reallaşdırılan islahatlar baxımından xüsusi özəlliyə malik ölkələrdəndir. Eyni zamanda, həyata keçirilən tədbirlərin strateji yanaşması var. Bu da postpandemiya dövründə ölkəmizdə həm islahatların dəstəklənməsinə, eyni zamanda, real aktivliyin qısa zamanda bərpasına imkan verəcək.

V.Bayramov bildirib ki, Bakı və Sumqayıt şəhərlərinin işıqlandırma sisteminin yenidən qurulması, ölkəmizin texnologiyanı, xüsusən də bu gün dünyada tanınmış texnoloji avadanlıqları transfer etməsi iqtisadiyyatımızdakı innovativlik dərəcəsinin yüksək olmasından xəbər verir. Bu da o deməkdir ki, Azərbaycan iqtisadiyyatın innovativləşdirilməsi ilə bağlı islahatları davam etdirir. Bu, imkan verir ki, postpandemiya dövründə həm texnologiya, həm digər istiqamətlərdə yeni infrastruktur layihələrinin reallaşmasını müşahidə edək. Nəzərə alsaq ki, pandemiyanın vətəndaşların sağlamlığına təsirlərinin minimumlaşdırılması ilə bağlı Azərbaycanda həyata keçirilən siyasət Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusi qiymətləndirilib, bu da ondan xəbər verir ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət vətəndaşların sağlamlığının qorunmasının ana xəttini təşkil edir. Bu, həm də yeni texnologiyaların, innovasiyanın Azərbaycan iqtisadiyyatına transfer edilməsinə şərait yaradır. Pandemiyanın ilk aylarında və hazırda həyata keçirilən siyasət iqtisadiyyatdakı aktivliyin mərhələli şəkildə bərpa edilməsinə imkan yaradır. Bu da ondan xəbər verir ki, Azərbaycan postpandemiya dövründə daha çevik və birbaşa real sektorun, biznesin inkişafını daha yaxından dəstəkləyəcək siyasət həyata keçirən ölkələrdən biri olacaq.

M.HACIXANLI,

“Xalq qəzeti”

 

25 2020 15:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə