Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Azərbaycan oftalmoloqlarının vebinar toplantısı

Mayın 22-də Türkiyə Cümhuriyyəti Oftalmoloqlar Dərnəyinin (TCOD) və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) birgə təşəbbüsü ilə vebinar toplantı keçirildi. Azərbaycanda 2020-ci il oktyabrın 15--16-da keçiriləcəyi nəzərdə tutulan TCOD-un yaranmasının 20-ci ilinə həsr olunmuş Beynəlxalq Oftalmologiya Simpoziumu və 17 oktyabr Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfranslarının gələcək proqramları ilə bağlı müzakirələr keçirilib.

Toplantıda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov, tibb elmləri doktoru Hicran Namazova, AOC-un sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, professor Paşa Qəlbinur, doktorlar -- Ceyhun Nəzərli və Emin Əlihüseynli, TCOD-un sədri Sunay Duman, professorlar-- Süleyman Kaynak və Öner Gelişken, həmçinin digər həmkarlar iştirak ediblər.

Vebinat toplantı zamanı COVİD-19 virusu ilə bağlı konfransların təxirə salınması qərara alınıb. Buna baxmayaraq TCOD--AOC görüşmələri onlayn şəkildə davam edəcək.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

25 2020 15:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə