Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı

Ermənistanda koronavirusa yoluxmuş 50-dən çox pasiyent son dərəcə ağır vəziyyətdədir

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Arsen Torosyan bildirib.

O, qeyd edib ki, virusa yoluxmuş şəxslərdən daha 230-nun vəziyyəti ağırdır.  

"Bizdə 230 ağır və 52 son dərəcə ağır pasiyent var", - Torosyan özünün "Facebook"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş 186 reanimasiya çarpayısının 154-ü tutulub, indi cəmi 32 çarpayı boşdur. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

25 2020 10:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə