Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdaşda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, hadisə mayın 24-də günortaya yaxın Bakı-Şamaxı-Yevlax magistral yolunun 227-ci kilometrində, Xosrov kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Aralbir kənd sakini, 1977-ci il təvəllüdlü Gərayev Niyaz Nizam oğlu idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobil iki hissəyə bölünüb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, faktla bağlı araşdırma aparılır.

24 2020 20:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə