Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə İran arasında aviauçuşlar bərpa oluna bilər

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının prezidenti Həsən Ruhani iki ölkə arasında hava sərhədinin açılması məsələsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə məlumat İran prezidentinin rəsmi saytında yerləşdirilib.

“Mövcud şəraitdə tibbi qaydalara uyğun olaraq quru və hava sərhədlərinin açılması, ticarətin və malların daşınmasının bərpa edilməsi zəruridir”-deyə, Ruhani bildirib.

Öz növbəsində, Türkiyə prezidenti bu məqsədlə lazımi sərəncamların veriləcəyini qeyd edib.

Dövlət başçıları həmçinin, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə mübarizəni və ikitərəfli əlaqələri müzakirə ediblər.

 

24 2020 18:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə