Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Basqal qəsəbəsində Ramazan bayramı münasibətilə iməcilik təşkil olunub

İsmayıllı rayonunun gözəl flora və faunası olan, gəlimli-gedimli diyarı Basqal qəsəbəsində Ramazan bayramı münasibətilə iməcilik təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon icra hakimiyyətinin və Basqal bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən iməcilikdə sakinlər fəal iştirak ediblər. Karantin rejimi qaydalarına riyayət olunmaqla təşkil edilən tədbirdə küçələr təmizlənib, təzə tullantı qabları qoyulub, maşın yolları, piyada səkiləri gediş-gəliş üçün rahat vəziyyətə gətirilib, işıqlandırma sistemində xeyli yeniliklər edilib.

Sakinlər ilboyu qonaqlı-qaralı olan qəsəbədə bu cür tədbirlərin keçirilməsindən razılıq ediblər.

24 2020 17:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə