Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda ərzaq məhsulları, içki və tütün məmulatlarının satışı 12 faiz artıb

Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 6 400,4 milyon  manat olub.

Bakı Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 3 314,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14, faiz azalaraq 3 085,9 milyon manata bərabər olub.

Məlumata əsasən, istehlak məhsullarının 31,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,1 faiz fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6 faiz isə paytaxtın məhsul bazarlarında satılıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

24 2020 17:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə