Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə 38,8 milyon ton yük daşınıb

Azərbaycanda yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 38,8 milyon ton yük, 457,3 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük və sərnişindaşımalarda müvafiq olaraq 8,7 faiz və 16,8 faiz azalma qeydə alınıb.

Məlumata əsasən, sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Hesabat dövrü yük dövriyyəsi 8,6 faiz, sərnişin dövriyyəsi isə 16,8 faiz azalıb, - məlumatda qeyd edilir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

24 2020 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə