Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar sahədə innovasiyalar sahəsində Azərbaycan-Rusiya əməkdaşlığına dair iclas keçirilib

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun bitkiçilik-heyvandarlıq sahəsində innovasiyalar və iki ölkə arasında bu istiqamətdə əməkdaşlığa həsr olunmuş onlayn formada növbəti iclası keçirilib. Tədbirdə hər iki ölkənin hökumət qurumlarının və biznes sektorlarının nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, onlayn iclasda aqrar sahənin Rusiya ilə əlaqələrin prioritet istiqamətlərindən olduğunu vurğulayan Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bu baxımdan toxum, gübrə, kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələri ilə iş sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclasda, həmçinin bitkiçilik və heyvandarlıqda innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

24 2020 16:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə