Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusdan ölüm riskini azaldan dərman tapılıb

ABŞ-ın Cons Hopkins Universitetinin Tibb Məktəbinin alimləri COVİD-19 infeksiyasının ağır formasına qarşı aşkar olunan vasitənin kliniki sınaqlarına başlayıb.

Medicina.az xəbər verir ki, bu preparat alfa-blokatorlar qrupuna aiddir. COVİD-19-a yoluxmuş xəstə digər xəstəliklərin müalicəsi üçün alfa-blokatorlar qəbul edibsə, onun kəskin respirator xəstəliklərdən ölüm riski azalır.

Alfa-blokatorlar qan damarlarının daralmasına təsir edən, həmçinin adrenalin və noradrenalin reaksiya verən alfa-1 reseptorlarının fəaliyyətini zəiflədir. Bu tərkibli preparatlar prostat vəzi xəstəliklərində, yüksək qan təzyiqində təyin olunur.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

24 2020 15:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə