Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Körpələr koronavirusa yoluxmurlar

“Uşaqlarda anadangəlmə immunitet olduğuna görə onların bu xəstəliyə tutulma ehtimalı azdır, çünki onların orqanizmində olan müəyyən anticisimlər -- söhbət heç də koronavirusa qarşı olanlardan getmir –“ uşaqları yoluxmadan qoruya bilər. Bu xəstəliyə qarşı hamı həssasdır. Yaşlılar ona görə bu xəstəliyə daha çox yoluxur və ağır keçirilər ki, onların immun sistemi yaşla əlaqədar olaraq zəifləmiş olur".

Bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev bildirib. Onun sözlərinə görə, gənclərdə hansısa xroniki xəstəliklər varsa, koronavirus onlarda da ağır fəsadlarla nəticələnə bilər. Yeni doğulan körpələrin xəstəliyə tutulma ehtimalı barədə danışan mütəxəssis deyib ki, körpələrin bu virusa yoluxması sual altındadır və hələlik belə bir hal müşahidə olunmayıb:

"Hətta doğuş yollarından yoluxma hallarına da rast gəlinməyib. Əgər ana xəstə olarsa, doğuş zamanı hava-damcı yolu ilə körpənin yoluxması mümkündür".

Baş infeksionist xəstəliyin əlamətlərinin özünü gec büruzə verdiyini bildirib və ona görə də zəruri olmadığı halda evdən çıxmamağı məsləhət görür.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

24 2020 15:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə