Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da beynəlxalq virtual elmi-praktik konfrans keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində "XXI əsrdə Beynəlxalq İqtisadi münasibətlərin prioritet istiqamətləri " adlı beynəlxalq virtual elmi-praktik konfrans keçirilib. Beynəlxalq konfrans koronavirus pandemiyası dövrü olduğu üçün 22 may tarixində onlayn şəkildə təşkilolunub. Konfransda Almaniya, Bolqarıstan, Moldova, Türkiyə, Gürcüstan, Ukrayna, Estoniya, Rusiya, Rumıniya, Portuqaliya və Azərbaycandan nümayəndələr iştirak ediblər.

Konfrans pandemiya dövründə qapalı dövlət sərhədlərinin olmasına baxmayaraq virtual məkanda yeni reallıqlarla beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində uğurlu addım olduğunu göstərib. Konfrans plenar iclas və 3 bölmədən ibarət bütün iştirakçıların yekun iclası ilə başa çatıb.

Tədbirin plenar hissəsinin açılışını Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov edib və tədbir xaricdən konfransa virtual qoşulan qonaqların çıxışları ilə davam etdirilib. Cənab Mədətov öz məruzəsində beynəlxalq elmi-praktik konfransın bu forumda toplanan universitetlərin və tədqiqat mərkəzlərinin qlobal iqtisadiyyatın inkişafındakı müasir tendensiyaları araşdırmaqda maraqlı olanlarının gələcək əməkdaşlığa xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, son vaxtlar qlobal iqtisadiyyatda baş verən hadisələrin turizm sahəsinə ən çox təsir edən sosial-iqtisadi xarakterli bəzi dəyərlərə yenidən baxılmasının zəruriliyini göstərib.

Bölmələrin paralel işi geniş müzakirə və müxtəlif ölkələrin spikerləri arasında intensiv təcrübə mübadiləsini təmin edib.

Tədbiri yekunlaşdıran ATMU-nun Elm və innovasiya üzrə prorektoru, professor İrana Əliyeva çıxışında təhsil və elm mühitində təcrübə mübadiləsi şəraitində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. O, təhsilin beynəlmiləlləşdirilməsinin və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Konfransda ümumilikdə iştirakçıların 70-ə yaxın təqdimatı dinlənilib. Tədbirin qonaqları beynəlxalq virtual elmi-praktik konfransın yüksək səviyyədə hazırlanmasında və keçirilməsində, tədqiqat işlərinin təqdim olunmasında yaradıcı bir yanaşma olduğunu qeyd ediblər. İştirakçıların fərdi çıxışları orijinal və aktual olub.

Virtual Beynəlxalq elmi və praktik konfrans Azərbaycan Turizm və Menecment Universitetinin “Marketinq” kafedrasının müdiri Elmira Qocayevanın, kafedranın müəllimlərinin,  eləcə də ATMU-nun digər professor- müəllimlərinin dəstəyi ilə keçirilmişdir.

ATMU-dakı bu konfrans əvvəlkilərdən fərqlənib,  çünki ilk dəfə beynəlxalq səviyyədə“virtual platforma”da təşkil olunduğundan, geniş beynəlxalq formatı əhatə edib.

Bu formatdakı onlayn konfranslar ATMU-da beynəlxalq görüşlər üçün yeni bir ənənəyə çevrilə bilər. Onları keçirmək ənənəvi konfransların əvəzi deyil, dünyanın müxtəlif ölkələrindən daha çox iştirakçı üçün təcrübə və bilik mübadiləsi üçün əlavə bir fürsətdir.

Qeyd etməliyik ki, konfransın nəticələri ATMU-da elektron hesabat toplusu formasında yayımlanacaqdır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 
24 2020 15:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə