Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-da Böyük Elmi Şuranın iclasında attestasiya qaydaları müzakirə edilib

-Buraxılış kurslarında fənlər üzrə semestr imtahanları və hər iki mərhələ üzrə yekun dövlət attestasiyası keçirilməyəcək;

-Əsas (baza ali) tibb təhsili, bakalavriat və orta ixtisas təhsili səviyyələrində tədris planının şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq yekun attestasiyanı keçmiş hesab olunacaqlar;
-ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanı təşkil ediləcəkdir. İmtahan bir mərhələdə onlayn şəkildə şifahi qaydada keçiriləcək;
-Aşağı kurslardan akademik borcu qalan buraxılış kurslarının tələbələri və normativ təhsil müddətində universiteti bitirə bilməyib tələbə kontingentində saxlanılan tələbələr üzrə akademik borcların ləğv edilməsi üçün mayın18-dən iyunun 4-nə kimi borc yaranmış fənn (fənlər) üzrə onlayn imtahan sessiyası, digər kurslar üzrə isə iyunun 1-dən iyulun 2-nə kimi onlayn imtahan təşkil ediləcək;
-Onlayn imtahan hər test 2 bal qiymətləndirilməklə 50 test sualı üzrə aparılacaq, imtahan nəticəsi 100 balla qiymətləndiriləcək;
-Cari semestrin imtahanın nəticəsinə əsasən akademik borcu yaranan tələbələrə imtahan sessiyasından sonra yenə onlayn keçirilməklə fənni (fənləri) dinləmədən ödənişsiz əsaslarla imtahan təşkil ediləcək, əlavə olaraq əvvəlki semestrlərdən akademik borcu yaranmış tələbələrə iki fənn üzrə də fənni dinləmədən ödənişsiz əsaslarla imtahanda iştirak etmələrinə şərait yaradılacaq; 
-Əvvəlki semestrlərdən akademik borcu qalan tələbələrin imtahanı zamanı fənni dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticəsi nəzərə alınacaq və imtahan hər test 1 bal qiymətləndirilməklə 50 test sualı üzrə aparılacaq; 
-2019/2020-ci tədris ilinin yaz semestrində aparılan onlayn dərslər üzrə cari qiymətləndirilmə aparılmayacaq, cari qiymətləndirilməyə ayrılan 50 bal imtahana ayrılan 50 bal üzərinə əlavə olunaraq 100 bal ilə imtahan qiymətləndirilməsi aparılacaq;

-İmtahan nəticəsindən narazı qalan tələbələr üçün onlayn şəkildə Apellyasiya təşkil ediləcək;
-Bütün kurslar üzrə yalnız 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına məxsus olmaqla açıq formalı testlər imtahandan çıxarılacaqdır;
-İmtahanda istifadə olunan bank sualları bütün fənlər üzrə tədris proqramının məzmunu gözlənilməklə 30% azaldılacaq;
-İstehsalat təcrübəsi üzrə qiymətləndirmə əvvəlki kurslar üzrə istehsalat təcrübələrinin ÜOMG-ləri, ilk istehsalat təcrübəsinin qiymətləndirilməsində isə cari qiymətləndirilməsi aparılmış təcrübəyə aid fənnin ÜOMG-i əsas götürüləcək;
-Onlayn dərslərdə iştirak etmiş və ya müəyyən səbəblərdən iştirak edə bilməyib fənn (fənlər) üzrə mövzunu yenidən mənimsəmək istəyən tələbələr üçün öz istəkləri və müraciətləri əsasında avqust ayı ərzində 3-4 həftəlik ödənişsiz əsaslarla onlayn şəkildə icmal mühazirələr təşkil ediləcək və bunun müraciətlər iyul ayının 5-nə qəbul olunacaq;
-Buraxılış kursları istisna olmaqla digər kursların tələbələrinin 2019/2020-ci tədris ilinin yaz semestrinin təhsil haqqı ödəməsində 15.09.2020-ci il tarixinə, 2020/2021-ci tədris ilinin payız semestrinin təhsil haqqı ödəməsində 01.12.2020-ci il tarixinə kimi möhlət veriləcək;
-Buraxılış kurslarının tələbələrinə isə 25.06.2020-ci il tarixinə kimi təhsil haqqını ödəməsi üçün vaxt verilir. Onlayn dərslər ilə razılaşmayıb cari semestr üçün ödəniş etmək istəməyən tələbələrə öz razılıqları əsasında növbəti tədris ilində təhsil alması üçün şərait yaradılacaq;
-Onlayn keçirilən imtahan zamanı akademik borcu yaranan tələbələrə fənni dinləmədən imtahan təşkil edilməsi ödənişsiz əsaslarla aparılacaq;
-Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək;
-Yaz semestrinin nəticəsinə görə akademik borcu yaranmış və borcunu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbələr də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək;
-Tələbələrin təqaüd hesablanması zamanı təqaüd sayı daxilində ballar eyni olduqda əvvəlki (payız) semestrin balı nəzərə alınacaq;
-Tələbələrin akademik borclarının ləğv edilməsi üçün yay semestri təşkil edildikdə tələbələrin istəkləri ilə ödənişli əsaslarla təşkil ediləcək;
-Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların onlayn iclaslarında həyata keçiriləcək.

Bu qaydalar yalnız 2019/2020-ci tədris ilinin yaz semestri, yay imtahan sessiyası və yay semestri üçün nəzərdə tutulub. Qaydalar yalnız qeyd olunan müddət ərzində qüvvədə qalır, növbəti semestrlərdə tətbiq edilməyəcək. Yalnız Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin hər hansı qayda və əmrləri olduqda, bu qaydalara dəyişiklik aparıla bilər.

 

Hazırladı: Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

24 2020 15:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə