Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 110 minə yaxın artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 110 minə yaxın artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir ki, mayın 23-nə olan məlumata əsasən, ötən sutka ərzində 109 536 nəfər yeni koronavirusa yoluxub, 5 663 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 103 006, ölənlərin isə 333 401 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 282 488 yoluxma və 135 184 ölüm halı.

 

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 1 987 657, ölənlərin sayı isə 172 958 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 402 919 yoluxma və 10 806 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

24 2020 11:57 -

Köhnə versiyamızdan xəbərləri izlə