Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapılıb

Pakistanın Karaçi şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin hər iki “qara qutu”su tapılıb. Bu barədə məlumat “Dev Discourse” nəşri yayıb.

“Qara qutu” ötən gün axşam tapılıb, biz onu istintaq komitəsinə təhvil veririk”, - aviaşirkətin rəsmisi deyib.

O, həm göyərtənin səs yazısı cihazının, həm də pilot kabinəsindəki diktofonun aşkarlandığını vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Pakistanın Karaçi şəhəri yaxınlığında 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.


Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

24 2020 12:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə