Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində sutka ərzində üç yeni koronavirusa yoluxma faktı aşkar edilib

Çin hakimiyyəti son sutka ərzində ölkənin materik hissəsində koronavirus infeksiyası ilə bağlı üç fakt aşkar edib, ölüm hadisəsi qeydə alınmayıb.

Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin məlumatında bildirilir ki, virusa yoluxan 82 nəfər Çindəki tibbi müəssisələrə yerləşdirilib, onlardan yalnız birində koronavirusun yaratdığı xəstəlik ağır formada keçir.

 

Xaricdən gələn vətəndaşlarda qeydə alınan koronavirus halları 1 713 nəfər səviyyəsində qalıb. Bildirilir ki, onlardan 1 673 nəfər artıq sağalıb.

Statistikaya əsasən, Çində koronavirusa yoluxanların 94,3 faizi sağalıb. Ümumilikdə ölkədə 82,9 mindən artıq yoluxma halı, 4,6 mindən artıq ölüm halı qeydə alınıb.

24 2020 11:32 -

Köhnə versiyamızdan xəbərləri izlə