Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək

İtaliyada intibah dövrünün simvolu Rafaelin ölümünün 500 illiyi münasibətilə təşkil edilməli olan, lakin koronavirus pandemiyası səbəbindən açıldıqdan bir neçə gün sonra bağlanan sərgi əvvəlcə bağlanacağı planlaşdırıldığı tarixdə açılacaq.

Əvvəl sərginin 5 mart - 2 iyun tarixlərində keçirilməsi planlaşdırılıb. Lakin martın 10-da İtaliyada qüvvəyə minən karantin tədbirləri səbəbindən sərgi başlanmasından bir neçə gün sonra bağlanıb. Tədbirin kuratoru Matteo Lafrankoni bildirib ki, sərgi üçün kolleksiyalar dünyanın 55 qurumundan toplanıb. Bu vacib sərgini keçirmək üçün ikinci şansımız var. 

 

Rəssamın 1483-cü ildən 1520-ci ilə qədər yaratdığı sənət əsərlərinin nümayişi iyun ayının 2-də başlayacaq. Təşkilatçılar bəzi məhdudiyyətlərin hələ qaldırılmadığına görə sərgiyə daha çox insanın girilməsinə icazə vermək üçün nümayiş saatlarını uzadacaqlarını bildiriblər.

24 2020 11:20 -

Köhnə versiyamızdan xəbərləri izlə