Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Braziliyada sutka ərzində koronavirusdan minə yaxın ölüm qeydə alınıb

Braziliyada koronavirusdan ölüm hallarının sayı son sutka ərzində 965 olmaqla 22 013-ə yüksəlib.

 "TASS"-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Ölkədə virusdan ölüm faizi 6,3 təşkil edir. Ümumilikdə yoluxanların sayı son sutkada 16,5 olmaqla 330 890 nəfərə çatıb.

 

Qeyd edilir ki, ən çox yoluxma və ölüm halları Braziliyanın San-Paulu (80,5 min və 6 min), Seara (35 112 və 2 308) və Rio-de-Janeyro (34 533 və 3 905) ştatlarında qeydə alınıb.

İlk dəfə COVİD-19 virusu infeksiyasının ölkədə keçirilən karnavaldan bir gün sonra fevralın 26-da təsdiqləndiyi Braziliya, dünyada koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

24 2020 11:15 -

Köhnə versiyamızdan xəbərləri izlə